Azərbaycan şahmatçısı Vüqar Rəsulov Daşkənddə (Özbəkistan) keçirilən Əmir Teymur turnirində ardıcıl üçüncü dəfə heç-heçə oynayıb.
Fanat.Az xəbər verir ki, o, yeddinci turda Suqar Qan-Erdene (Monqolustan) ilə xalı bölüb.
Beləliklə, Rəsulov 4,5 xal toplayaraq onuncu yerdə qərarlaşıb. O, lider Əlişir Süleymenovdan (Qazaxıstan) bir xal geri qalır.