Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov mayın 29-dan iyunun 9-dək “Norway Chess” superturnirində iştirak edəcək.
Fanat.Az xəbər verir ki, yarışda keçmiş dünya çempionu, dünya reytinqinin lideri norveçli Maqnus Karlsen, həmçinin Hikaru Nakamura, Uesli So (hər ikisi ABŞ), Əlireza Firuzca (Fransa), Nodirbek Abdussatorov (Özbəkistan), Domaraju Qukeş (Hindistan), Aniş Giri (Niderland) və Aryan Tari (Norveç) də mübarizə aparacaq.
Turnir dairəvi sistem üzrə keçiriləcək.