"Banter Blitz Cup" onlayn şahmat turnirinin finalında sensasiya qeydə alınıb.
Fanat.Az xəbər verir ki, şahmat üzrə dünya çempionu Maqnus Karlsen həlledici görüşdə 16 yaşlı İran şahmatçısı Əlirza Firuzcaya məğlub olub - 7,5:8,5. "Əlirzanın haqqını vermək lazımdı. O, inanılmaz dərəcədə güclüdü", - deyə norveçli qrossmeyster qeyd edib.
Titulla yanaşı, Əlirza 14 min dollarlıq mükafatın sahibi olub.
Fanat.Az