Onlayn formatda blits şahmat üzrə "Airthings Masters” turnirində iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov növbəti görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, 33 yaşlı qrossmeyster yarımfinalda ikinci dəfə rusiyalı həmkarı Daniil Dubovla üz-üzə gəlib. Azərbaycanlı qrossmeyster bu mərhələdə rusiyalı rəqibi üzərində 2:0 hesabı ilə qələbə qazanaraq finala çıxıb.
Şahmatçımız Rusiya təmsilçisini ilk qarşılaşmada 3:1 hesabla məğlub edib.
T.Rəcəbov dörddəbir final çərçivəsində Rusiyanın digər təmsilçisi Yan Nepomnyaşini mübarizədən kənarlaşdıraraq yarımfinala vəsiqə əldə edib.
Həlledici mərhələdə onun rəqibi fransalı Maksim Vaşe Laqrevə hər iki matçda qalib gələn (3:1, 2:1) Ermənistan şahmatçısı Levon Aronyan olacaq.
Yanvarın 3-dək davam edəcək turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır. (Report.az)
Fanat.Az