Beynəlxalq Şahmat Federasiyası (FIDE) dünya şahmat tacı uğrunda keçiriləcək oyunun vaxtını və yerini açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə FIDE-nin rəsmi tvitter səhifəsi məlumat yayıb.
Xəbərə görə, qarşılaşma 24 noyabr - 16 dekabrda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində gerçəkləçəcək.
Görüş norveçli hazırkı dünya çempionu Maqnus Karlsenlə İddiaçılar Turnirinin qalibi arasında təşkil olunacaq. İddiaçılar Turniri ötən il koronavirusa görə 7-ci turda təxirə salınıb. Yarış bu il noyabrın 1-də Rusiyanın Yekaterinburq şəhərində qaldığı yerdən davam etdiriləcək.
Fanat.Az