10:05 07.02.2021 705

Teymur Rəcəbov bu gün daha 5 görüş keçirəcək

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi şahmat üzrə Çempionlar Turunun üçüncü mərhələsində bu gün daha 5 tur oynanılacaq.

Fanat.Az xəbər verir ki, "Opera Euro Rapid"də Azərbaycanı təmsil edən Teymur Rəcəbov Aniş Giri (Niderland), Yan Nepomnyaşi (Rusiya), Hikaru Nakamura (ABŞ), Vidit Qudjrati (Hindistan) və Danil Dubov (Rusiya) ilə qarşılaşacaq.

ilk yarış günündə o, 5 görüş keçirib. İkinci turda ağ fiqurlarla ABŞ təmsilçisi Sem Şenklendə qalib gələn Rəcəbov ilk turda almaniyalı Mattias Blübaumla, üçüncü turda ABŞ-dan olan Lenyer Peres Domingeslə və beşinci turda rusiyalı Aleksandr Qrişukla qara, dördüncü turda isə polşalı Yan-Kşiştof Duda ilə ağ fiqurlarla heç-heçə oynayıb.

Hazırda azərbaycanlı qrossmeysterin aktivində 5 oyundan 3 xal var. O, fransalı Maksim Vaşye-Laqrav və niderlandlı Aniş Giri ilə birgə 4 - 6-cı yerləri bölüşür. Turnir cədvəlinə Maqnus Karlsen 4 xalla başçılıq edir. ABŞ təmsilçisi Uesli So və rusiyalı Yan Nepomnyaşi hərəyə 3,5 xalla 2-3-cü yerlərdə qərarlaşıb.

"Opera Euro Rapid"in ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.

İlkin mərhələnin oyunlarından sonra 16 şahmatçıdan 8-i pley-offa vəsiqə qazanacaq.

Qeyd edək ki, Teymur Rəcəbov Çempionlar Turunun daha ikinci mərhələsində "Airthings Masters” yarışının finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək çempion olub.

"Opera Euro Rapid"
7 fevral

VI tur: Teymur Rəcəbov - Aniş Giri (Niderland)
VII tur: Yan Nepomnyaşi (Rusiya) - Teymur Rəcəbov
VIII tur: Teymur Rəcəbov - Hikaru Nakamura (ABŞ)
IX tur: Vidiş Santoş Qucarati (Hindistan) - Teymur Rəcəbov
X tur: Daniil Dubov (Rusiya) - Teymur Rəcəbov
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

23 May 2025
00:53

Finalın ən yaxşı futbolçusu AL-in də ən yaxşısı oldu

00:12

"Səbail"də cəzalı yoxdur, zədəli çoxdur - ADLAR

22 May 2025
23:46

Region Liqasının qalibləri mükafatlandırıldı - FOTOREPORTAJ

23:14

Qurban Qurbanov son turda yalnız bu futbolçunun xidmətindən məhrumdur

22:52

"Sabah"ın "Neftçi" ilə oyun ərəfəsində cəzalısı yoxdur, amma... - AÇIQLAMA

22:27

Fərhad Rəcəbli Avropa çempionatında qızıl medal qazandı

22:19

Erik ten Haqın "Ayaks"a qayıdacağı gözlənilsə də... - Yeni iş yeri açıqlandı

21:50

"Barselona" ulduzu ilə müqavilə yenilədi - RƏSMİ

21:20

Minifutbol: DÇ-nin son finalçısı sürpriz məğlubiyyətlə üzləşdi

20:47

Region Liqasının qalibi bəlli oldu

20:14

"Mingəçevir"in başqanı ad dəyişikliyini təsdiqlədi: "Elitaya vəsiqə qazanmağa çalışacağıq"

19:52

İkinci Liqanın bombardiri mükafatlandırıldı

19:31

I Liqa: "Qəbələ" "qapını bərk çırpdı", "Mingəçevir" "Karvan"ı yendi

19:13

“Sabah” Gənclər Liqasının qalibi oldu!

18:46

Rəşad Sadıqov 3 futbolçusunu "Araz-Naxçıvan"a qarşı oynada bilməyəcək

18:11

"Sumqayıt" "Səbail"lə oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

17:44

"Növbəti mövsümdə çempion olmağa borcluyuq" - Mikel Arteta

17:26

"Real"ın ulduzunun bir ayağı "Çelsi"də

17:08

Finala sayılı günlər qalmış Rusiya kuboku sındı

16:51

Nazir Fransada tədbirə qatıldı

16:33

Azərbaycan avarçəkənləri “Samsun Draqon Festivalı”na yollandılar

16:15

Yüksək Liqa: "Araz-Naxçıvan" 19-cu çempionluğuna qovuşdu

15:57

Minifutbol: Kosta Rika asiyalılarla bacarmadı

15:40

"Finalda uduzduq, İPL-də isə heç kimi məğlub edə bilmirik" - Qarnaço gileyləndi

15:22

Amorim "Mançester Yunayted"ə qalır, yoxsa gedir? - Özü açıqladı

15:03

"Topu boş qapıdan çıxarandan sonra arxası üstə yerə çırpıldım" - "Tottenhem"in xilaskarı

14:45

Millimiz toplanışa başladı

14:28

Minifutbol: İspaniya Qananı üstələdi

14:10

U-21-in Belarusla oyununun vaxtı və yeri bilindi

13:51

"Topa toxunduğumu hiss etsəm də..." - AL-in finalında qol vuran Conson

13:33

Nunyes "Liverpul"u bu kluba dəyişmək niyyətindədir

13:16

Hələ AL tarixində Mur kimisi olmamışdı

12:58

"Hələ də bunu bacardığımıza inana bilmirəm" - "Tottenhem"in qapıçısı

12:40

Argentinalı dünya çempionunu 3 Avropa nəhəngi istəyir - ADLAR

12:23

"Fanatlarımız buna layiq deyillər" - Dioqu Dalo

12:05

MY-nin kapitanı finaldakı məğlubiyyətdən sonra nə dedi?

11:46

Azərbaycan millisi Avropa çempionatına 4 idmançı ilə gedir

11:27

Region Liqasının qalibi müəyyənləşir

11:08

Finalın ən yaxşısı argentinalı oldu

10:50

II Liqanın medalçıları mükafatlandırılacaq - Vaxtı və yeri bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X