16:56 20.04.2021 1096

Şəhid İlkin Məmmədzadənin xatirəsinə beynəlxalq turnirin açılışı olub - FOTOLAR

Vətən müharibəsi şəhidi baş leytenant İlkin Məmmədzadənin xatirəsinə həsr olunmuş onlayn şahmat üzrə Beynəlxalq Zəfər Kubokunun açılış mərasimi olub.

Fanat.Az xəbər verir ki, koronavirus pandemiyası ilə bağlı onlayn formatda keçirilən tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, şəhidin anası Fatma Məmmədova, "Breyn Rinq" layihəsinin və İTV-nin aparıcısı DJ Fateh, "İDEA" şahmat klubunun rəhbərliyi, Gəncə İntellektual Klubunun rəhbəri Natiq Salahov, şəhidin qohumu, "Report" İnformasiya Agentliyinin baş redaktor müavini Pərvin Abbasov, "Report" İnformasiya Agentliyinin idman departamentinin redaktoru Elşən Məmmədov və yarışın baş hakimi Fidan Talıbova iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Raqif Abbasov iştirakçıları gənclər və idman naziri Azad Rəhimovun və turnirinin təşkilatçıları adından salamlayıb. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbədən söz açan İdarə rəisi 30 illik işğala son qoyan qəhrəmanlarımızdan birinin də İlkin Məmmədzadə olduğunu diqqətə çatdırıb. Şəhidin həyat yolundan, uğurlarından danışan Abbasov bildirib ki, döyüş meydanında göstərdiyi şücaət onun ömür yolunun bir hissəsidir:

"Hər şəhidin həyat yolu bir dastandır. Onlar haqqında günlərlə danışmaq olar. Belə övlad yetişdirdiyi üçün əziz anamızın qarşısında baş əyirəm. Biz bu bu gün onların hesabına başımızı dik tuturuq. Bir neçə saat əvvəl Hərbi Qənimətlər Parkında idik. O hissləri sözlə ifadə etmək mümkün deyil. Bu, bizim döyüş meydanındakı qələbəmizin bir hissəsidir".

R.Abbasovun sözlərinə görə, İlkin Məmmədzadənin xatirəsinə həsr olunmuş turnirin davamlı şəkildə olmasına çalışıcaqlar:

"Pandemiya səbəbindən tədbiri onlayn formatda keçiririk. Yarışlar çox olur. Bundan sonra da olacaq. Amma şəhidin xatirəsinə həsr olunmuş yarışda qazanılan uğur, diplom, qalibin şəxsi əşyaları arasında xüsusi yer tutacaq. Çox istərdik ki, Baş İdarədə keçiriləcək təltifolunma məraisimini şəhid anası etsin. Bu, sizlər üçün zərrə qədər də təsəlli olsa, buna ancaq sevinərik. Şəhidlərimizin ruhunu yaşatmaq üçün əlimizdən gələni etməliyik".

Daha sonra söz DJ Fatehə verilib. İlkin Məmmədzadə ilə bağlı xatirələrini bölüşən telejurnalist onun yoxluğunu ağır itki hesab etdiyini söyləyib:

"Hər şeydən öncə Fatma xanımı salamlamaq, acısını bölüşmək istəyirəm. İlkin "Breyn Rinq"in iştirakçılardan biri idi. Onun şəhid olduğu gün feysbuk səhifəmizdə bu barədə məlumat yazılanda hamı İlkini xatırladı. Hamımız üçün ağır itki oldu. Böyük faciə baş verdi, heyf ki, onu itirdik. İlkin hansı sahədə çalışmasından asılı olmayaraq, özünü ən yaxşı tərəfdən göstərdi. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. İlkinin xatirəsini hər zaman əziz tutacağımıza söz verirəm. Arzu edirəm ki, ailəsi bir də belə ağır itki ilə üzləşməz".

Turnirin təşkilinə görə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinə təşəkkür edən DJ Fateh idarənin hər zaman tarixdə iz qoymuş qəhrəmanlarımızı yada saldığını xatırladıb: "Hər zaman bu cür işlərlə başımızı uca edib. Təşkilatçılar arasında bu idarənin adını eşidəndə fərəh hiss keçirdim ki, İlkin də diqqətdən kənarda qalmayıb. Şəhidimizin xatirəsinə şahmat turnirinin keçirilməsi onun hərbçi kimi də itizəkalı insan olmasının göstəricisidir. Rəmzi mükafatlar olacaq. Mükafatlandırmada Fatma xanımın iştirakı hamını sevindirəcək. Allah bütün şəhidlərimizə rəhmət etsin".

Ardınca çıxış edən şəhidin anası Fatma Məmmədova təşkilatçıları və qonaqları salamlayaraq, əziyyəti keçən hər kəsə minnətdarlığını bildirib:

"Sağ olun ki, övladımın adını əbədiləşdirirsiniz. Qələbədə tarix yazanlardan biri də mənim 28 yaşlı övladım oldu. İlkin həm yaxşı insan, həm dost idi. Ölümündən sonra ailəmizi daha da qürurlandırdı. Onu dəfn edəndə təşəkkür etdim ki, bizə bu qüruru yaşatdı. Şahmat oyunu da hərb kimidir. Yarışda iştirak edən hər kəsə uğurlar arzu edirəm".

Gəncə İntellektual Klubunun rəhbəri Natiq Salahov isə İlkin Məmmədzadənin bu komandanın üzvü olmaqla yanaşı, həm də onu özünə kiçik qardaş saydığını deyib: "Hər şeydə nümunə idi. Gəncədə Aqrar Universitetdə oxuyanda imtahanlarında iştirak etmişəm. Elə insanlar çox az olur. Vətənpərvər uşaq idi. Xəbərini eşidəndə çox pis oldum. Sumqayıtdan olsa da, Gəncəmizin fəxri idi. Hər şeydə adı kimi ilkin olmağı bacardı. Danışmaq həqiqətən çox çətindir. İlkin gənclərə nümunə olub, elə də qalacaq. Gəncədə ikinci vətənində onun xatirəsinə turnir keçirilməyi planlaşdırırıq. Sevindiricidir ki, belə oğullar unudulmur".

Daha sonra şəhidin qohumu Pərvin Abbasov onunla bağlı fikirlərini bölüşüb. O, İlkin Məmmədzadənin ideal insan olduğunu bildirib:

"İlkin mənim anamın əmisi nəvəsidir. Yaşca məndən kiçik olduğuna görə uşaqlıqda mənə "dayı" deyərdi. Uşaqlığının böyük hissəsi gözümüzün qabağında keçib. Gözəl ailə tərbiyəsi almış oğlan idi. Elə bir insan idi ki, hansı sahədə olmasından asılı olmayaraq, hər işi vicdanla yerinə yetirərdi. Bəzən dünyadan köçmüş insanlar haqqında ən yaxşı sözləri deməyə çalışırıq. Amma İlkin doğrudan da ideal insan idi. Daim kitab oxuyurdu. Pis vərdişlərdən uzaq, layiqli, vicdablı, vətənpərvər vətəndaş idi. Şəhid olması hamımızı üzdü. Daim qəlbimizdə yaşçayacaq. Tədbirin təşkilatçıları və iştirakçıların hər birinə minnətdarlığımı bildirirəm".

Sonda isə Elşən Məmmədov çıxış edərək, belə oğullarla fəxr etdiyini söyləyib: "Bütün təşkilatçıları və iştirakçıları salamlayıram. Bu, ilk belə turnir deyil. Raqif müəllim başda olmaqla, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi indiyədək 100-dən çox şəhidin xatirəsinə turnir təşkil edib. Biri də bizim ailənin üzvü, qardaşım oğlu Ülvü Məmmədovun xatirəsinə həsr olunmuş Beynəlxalq Zəfər Kuboku idi. Yüksək səviyyədə turnir alındı. İştirakçı ölkələrin sayı və miqyasına görə beynəlxalq status qazandı. Hətta qaliblər arasında beynəlxalq usta da var idi. Bütün şəhidlər bizim üçün qürur mənbəyidir. Hər biri ilə fəxr edirik. İlkinin ailəsinə baş çəkdik. Orada xatirə bulağı istifadəyə verildi. Necə ziyalı ailədə böyüdüyünü gördük. Fəxr edirik ki, bizim belə oğullarımız, şəhidlərimiz var".

Sonda isə yarışın hakimi Fidan Talıbova qaydalar barədə iştirakçıları məlumatlandırıb: "Allah şəhidimizə rəhmət etsin. Ailəsinə səbr diləyirəm. Şəhidlərin xatirəsinə 100-ə yaxın turnirimiz baş tutub. Bunların ərsəyə gəlməsində xüsusi rolu olan Raqif müəllimə təşəkkür edirəm. Şəhidlərimizin qəhrəmanlıqlarını tanıtmaqda rolumuz varsa, buna yalnız sevinə bilərik. İsveçrə sistemi ilə keçiriləcək yarış 9 turdan ibarət olacaq. Bu da beynəlxalq turnir statusu daşıyacaq. Türkiyə və Gürcüstandan hərəyə 2, Rusiya və İrandan isə 1 şahmatçı iştirak edəcək. Ümumilikdə isə turnirə 100-dək iştirakçının qoşulacağı gözlənilir".

Zəfər Kuboku Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və "İDEA" şahmat klubunun təşkilatçılığı ilə keçirilir.

Qeyd edək ki, Məmmədzadə İlkin Əzizağa oğlu 19 dekabr 1991-ci ildə Sumqayıtda anadan olub. 1997-2008-ci illərdə Sumqayıt şəhərində 42 saylı məktəbdə təhsil alıb, məktəbi fərqlənmə ilə bitirib. 2008-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Balıqçılıq Təsərrüfatı ixtisasına qəbul olub. Universitetdə oxuduğu müddətdə Gənclər Təşkilatına sədrlik edib, "Xəmsə" və "Breyn Rinq" yarışmalarına qatılıb. 2012-ci ildə Universiteti qırmızı diplomla başa vurub. 2012-2013-cü illərdə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda hərbi xidmətdə olub. 2014-2016-cı illərdə Gəncə Dövlət Aqrar Universitetində magistr təhsili alıb.

2016-cı ilin fevral ayından etibarən hərbçi kimi xidmətə başlayıb. İlkin Məmmədzadə Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edib. 21 nəfərə yaxın yaralı hərbiçini döyüş meydanından çıxaran baş leytenant oktyabrın 7-də Tərtər-Ağdərə istiqamətində "Tülkü Dərəsi" adlanan ərazidə açıq döyüşdə hücum zamanı qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda” medalı ilə təltif edilib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və "İDEA" şahmat klubu pandemiya dövründə müntəzəm olaraq onlayn yarışlar təşkil edir. Daha əvvəl Qubadan olan Vətən müharibəsi şəhidi Ülvü Məmmədovun xatirəsinə beynəlxalq Zəfər Kuboku keçirilib.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

12 May 2025
21:50

Ranyerini bu iki mütəxəssisdən biri ilə əvəzləyəcəyi dəqiqləşdi - ADLAR

21:15

Əvəzedicilər Liqası: Tura 10 qolla yekun vuruldu

20:42

"Qarabağ"ın məşqçisi UEFA-nın kursunda təlimatçı qismində iştirak etdi

20:14

Azərbaycan millisi iki yoxlama oyununa çıxacaq

19:40

Vaqif Cavadovun yerini o tutacaq

19:10

ÇL-in finalını idarə edəcək hakimlərin adları açıqlandı

18:37

Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ

18:13

"Qarabağ" rəsmisi UEFA Akademiyasının kursuna qatıldı

18:02

Ançelotti rəsmi müqaviləyə imza atdı - Bu tarixdə "Real"ı tərk edəcək

17:51

Azərbaycanın güləş milliləri bölgələrdə toplanış keçəcəklər

17:34

"Milan"ın yarımmüdafiəçisi İngiltərə nəhənginə transfer olunmağa yaxındır

17:03

Mbappenin etdiyini XXI əsrdə heç bir "Real"lı edə bilməmişdi

16:44

"Skudettonun taleyi bizim əlimizdə deyil" - Simone İnzaqi

16:26

Fransa nəhəngi "Arsenal"ın müdafiəçisini istəyir

16:08

"Bu, biabırçılıqdır, biabırçılıq" - Sabiq "Real"lı Vinisiusu qınadı

15:50

Ukrayna tarixinin "ən yaxşı"sı Özbəkistana qayıdır

15:31

Gimnastlarımız Polşada 17 medal qazandılar

15:13

"Sumqayıt" Vaqif Cavadovu istefaya göndərdi - RƏSMİ

14:38

"Barselona"nın saxlamaq istədiyi hücumçu qərarını verdi - Gedir?

14:19

"İnter" braziliyalı vingerin transferini bu tarixədək tamamlamaq istəyir

14:02

"Son iki addım əvvəl ağlımızdan da keçməyən hədəf anlamındadır" - Antonio Konte

13:44

Şafranko "Sabah"ın tarixinə düşdü

13:26

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

13:08

Cavadovun mesajı, Rəfiyevin inadı

12:50

"Bəli, Sadio ilə aramızda müəyyən gərginlik var idi" - Məhəmməd Salah

12:32

"Aston Villa"da oynadığım günlər üçün darıxıram" - "Yuventus"un futbolçusu

12:14

“Qarabağ”ın kapitanı yubiley oyununa çıxdı, tarixdə 6-cı futbolçu oldu

11:57

Xabi Alonsonun "Real Madrid"ə keçəcəyi tarix bəlli oldu

11:38

Azərbaycan cüdoçularından Sloveniyada 2 medal qazandılar

11:20

Ançelotti "Barselona"ya məğlubiyyəti şərh etdi - "Hər kəs bizə istədiyi qiyməti verə bilər"

11:01

"Turan Tovuz" "40"-a çatdı

10:43

Premyer Liqada 3 oyun eyni vaxtda başlayacaq

10:25

Tomas Müllerin yeni klubu müəyyənləşdi - SON DURUM

10:06

"Mançester Yunayted" bir oyunda iki antirekordla yadda qaldı

09:47

Millimizdən böyük irəliləyiş - Reytinq

09:25

Berdiyev utandı, “Səbail” elitanı rəsmən tərk etdi – Tura baxış

09:00

"El Klasiko" tarixində hələ belə şey olmamışdı - Rekord

01:07

İspaniya La Liqası: "El klasiko"nu yenə "Barsa"qazandı, "Atletik"ə 1 qol bəs etdi

00:50

İtaliya A Seriyası: "Napoli" büdrədi, "İnter" faydalandı

00:24

Almaniya Bundesliqası: "Əczaçılar" evdə "arılar"a təslim oldular

Facebookdan bizi izləməyi unutmayın.
X