Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
İlk "10-luq"da Azərbaycanın 2 təmsilçisi yer alıb. Bunlar tanınmış şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovdur.
Məmmədyarov 2770 xalla 8-ci, Rəcəbov isə 2 765 xalla 10-cu pillədəki mövqeyini qoruyub.
Fanat.Az