Bu gün Rusiyanın Soçi şəhərində şahmat üzrə kişi və qadınlar arasında Dünya Kuboku start götürür.
Fanat.Az xəbər verir ki, turnirdə ölkəmizin 7 şahmatçısı iştirak edəcək. Kişilərin yarışında Şəhriyar Məmmədyarov, Nicat Abbasov, Vasif Durarbəyli, qadınlarda Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova qələbə uğrunda mübarizə aparacaq.
Pley-off sistemi ilə keçirilən turnirdə təmsilçilərimizin ilk rəqibləri bəlllidir.
Kişilər
1/128 final - Vasif Durarbəyli - Dmitri Sklyarov(Finlandiya)
1/64 final - Şəhriyar Məmmədyarov - Krikor Mexitaryan(Braziliya) - Xuan Qonzales Zamora(Meksika) cütünün qalibi
1/64 final - Nicat Abbasov - Şant Sarkisyan(Ermənistan) - Pedro Martines Reyes(Kolumbiya) cütünün qalibi
Qadınlar
1/64 final - Türkan Məmmədyarova - Lisandra Ordas(Kuba)
1/64 final - Gülnar Məmmədova - Mai Narva(Estoniya)
1/64 final - Ülviyyə Fətəliyeva - Rut Padmini(Hindistan)
1/32 final - Günay Məmmədzadə - Vafa Şrok(Misir) - Laura Unuk(Sloveniya) cütünün qalibi
Qeyd edək ki, avqustun 6-da başa çatacaq turnirin mükafat fondu 1 milyon 892 min 500 ABŞ dollarıdır.
Sahib Əsədbəyli