Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, 29 ölkədən 117 şahmatçı iştirak edən qitə birinciliyində yarışan 10 şahmatçımız dünən 2-ci tur çərçivəsində növbəti oyunlarını keçiriblər. Onlardan 7-si görüşü qalib başa vurub, 2-si xalları yarıya bölüb. Yalnız Zeynəb Məmmədyarova uduzub ki, o, erməniylə bacarmayıb.
2-ci turun nəticələri:
Xanım Balacayeva - Kseniya Zeliantsova (Belarus) 1:0
Xəyalə Abdulla - Nia Donghvani (Gürcüstan) 1:0
Türkan Məmmədyarova - Mihaela Trifoi (Rumıniya) 1:0
Gülnar Məmmədova - Maritsa Tsirulnik (Ukrayna) 1:0
Ayan Allahverdiyeva - Elena Sedina (İtaliya) 1:0
Nəsrin Babayeva - Yekatrina Pavlidou (Yunanıstan) 1:0
Günay Məmmədzadə - Monika Kalzetta (İspaniya) 1:0
Ülviyyə Fətəliyeva - Lilit Mkrtçiyan (Ermənistan) 0.5 - 0.5
Gövhər Beydullayeva - Olqa Badelka (Belarus) 0.5 - 0.5
Zeynəb Məmmədyarova - Elina Danielyan (Ermənistan) 0:1
Hazırda Günay Məmmədzadə, Gülnar Məmmədova və Xanım Balacayeva 2 xalla sıralamada 1-16-cı yeri bölüşürlər.
3-cü turun oyunları sabah keçiriləcək.
Qeyd edək ki, qitə birinciliyi avqustun 21-dək davam edəcək. Yarışın ümumi mükafat fondu isə 60 min avro təşkil edir.
Mirağa