Sloveniyanın Çatej şəhərində Avropa çempionatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan şahmat yığmalarının IV tur üçün heyətləri məlum olub.
Fanat.Az xəbər verir ki, üç oyundan maksimum sayda - 6 xalla yarış cədvəlinə başçılıq edən kişilərdən ibarət millimiz yalnız əlavə göstəricilərə görə qabaqladığı Macarıstan kollektivi ilə münasibətləri aydınlaşdıracaq.
Qadın komandamız isə Almaniya ilə üz-üzə gələcək.
Komandalar hərəyə 4 xal toplayıblar. Yığmamız 6-cı, almanlar 10-cu sıradadır.
Turun bütün qarşılaşmaları Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, İsveçrə sistemi üzrə 9 turdan ibarət Avropa çempionatına noyabrın 21-də yekun vurulacaq.
Avropa çempionatı, IV tur
Kişilər
Macarıstan - Azərbaycan
Vikdor Erdoş - Şəhriyar Məmmədyarov
Ferents Berkeş - Teymur Rəcəbov
Tamaş Banuş - Rauf Məmmədov
Benjamin Qledura - Qədir Hüseynov
Qadınlar
Almaniya - Azərbaycan
Elizabet Paets - Günay Məmmədzadə
Jozefin Haynemann - Gülnar Məmmədova
Anna-Mari Klek - Xanım Balacayeva
Melani Lubbe - Gövhər Beydullayeva