23:00 15.11.2021 771

AÇ: Kişilər "sülh bağladı", qadınlar Almaniyaya şans vermədi

Sloveniyanın Çatej şəhərində keçirilən şahmat üzrə komandalararası Avropa çempionatında dördüncü turun görüşləri baş tutub.

Fanat.Az xəbər verir ki, üç oyundan maksimum nəticə ilə yarış cədvəlinə başçılıq edən kişilərdən ibarət Azərbaycan yığması yalnız əlavə göstəricilərə görə qabaqladığı Macarıstan kollektivi ilə münasibətləri aydınlaşdırıb.

Millimizin üzvlərindən Şəhriyar Məmmədyarov birinci, Teymur Rəcəbov ikinci lövhədə müvafiq olaraq Viktor Erdoş və Ferents Berkeşlə "sülh bağlayıblar". Sonuncu lövhədə Benjamin Qledura Qədir Hüseynov üzərində qələbə ilə macarları hesabda önə keçirsə də, Rauf Məmmədov sonda Tamaş Banuşu yenərək kollektivimizi məğlubiyyətdən xilas edib. 

Qadın millimiz isə Almaniya ilə üz-üzə gəlib və rəqibini 3:1 hesabı ilə yenib.

İki və dördüncü lövhələrdə baş tutan Gülnar Məmmədova - Jozefin Heynemann və Gövhər Beydullayeva - Melani Lubbe duellərindən şahmatçılarımız qalib ayrılıb. Günay Məmmədzadə Eizabet Paetslə, Xanım Balacayeva isə Anna-Mari Kleklə heç-heçəyə razılaşıb. 

Beləliklə, xalını 7-yə çatdıran kişilərdən ibarət millimiz zirvədəki yerini qoruyub. Eyni xala sahib Macarıstan və Rusiya 2-3-cü sıradadırlar.

Xanım zəkalarımız isə qələbə sayəsində iki pillə irəliləyişə nail olub. Onlar 6 xalla hazırda 4-cü yerdə qərarlaşıblar.

Qeyd edək ki, kişilərdən ibarət millimiz əvvəlki qarşılaşmalarda İtaliya, Serbiya və Almaniya kollektivlərini məğlub edib. Qadın komandamız isə ilk iki turda Türkiyə və İsveçi üstələyib, ardınca Gürcüstana uduzub.

Avropa çempionatı, IV tur

Kişilər

Macarıstan - Azərbaycan 2:2

Viktor Erdoş - Şəhriyar Məmmədyarov 0,5:0,5

Ferents Berkeş - Teymur Rəcəbov 0,5:0,5

Tamaş Banuş - Rauf Məmmədov 0:1

Benjamin Qledura - Qədir Hüseynov 1:0

Qadınlar

Almaniya - Azərbaycan 1:3 

Elizabet Paets - Günay Məmmədzadə 0,5:0,5

Jozefin Heynemann - Gülnar Məmmədova 0:1

Anna-Mari Klek - Xanım Balacayeva 0,5:0,5

Melani Lubbe - Gövhər Beydullayeva 0:1

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

Facebookdan bizi izləməyi unutmayın.
X