İtaliyada keçirilən şahmat üzrə "Vergani Cup" turnirində ikinci turun görüşləri baş tutub.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçilərinin hər ikisi turu xalsız başa vurub. Ülviyyə Fətəliyeva italiyalı Lorenzo Lodiçi ilə, Gövhər Beydullayeva isə hindistanlı Bharat Subramamiyamla dueldən məğlub ayrılıb.
Hazırda şahmatçılarımızın hesabında 1 xal var.
Qeyd edək ki, yarışa ümumilikdə 124 şahmatçı qatılıb. İsveçrə sistemi üzrə 9 turdan ibarət turnirə yanvarın 9-da yekun vurulacaq.