Niderlandın Veyk-an-Zee şəhərində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirakı ilə ənənəvi “Tata Steel Masters” superturniri davam edir.
Fanat.Az xəbər verir ki, bu gün yarışda VI turun görüşləri baş tutub. 36 yaşlı qrossmeysterimiz bu dəfə autsayder Nils Qrandelius (İsveç) ilə münasibətlərinə aydınlıq gətirib.
Ağ fiqurlarla oynayan Məmmədyarov rəqibi ilə xalı yarı bölüb. "Sülh" matçın 16-cı gedişində qeydə alınıb.
Turun daha üç dueli də heç-heçə yekunlaşıb. Hazırkı dünya çempionu Maqnus Karlsen Rixard Rapportu, Sergey Karyakin Yorden Van Foresti, Aniş Giri isə Fabiano Karuananı yenib.
Hazırda 4 xalı olan Məmmədyarov Maqnus Karlsen və Vidit Santoş Qudjarati ilə birlikdə ilk üç pilləni bölüşdürür.
Qeyd edək ki, 14 şahmatçının qatıldığı turnir dairəvi sistem üzrə keçirilir. Yarışa yanvarın 30-da yekun vurulacaq.
"Tata Steel Masters"
VI tur
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Nils Qrandelius (İsveç) 0,5:0,5
Sem Şenklend (ABŞ) - Rameşbabu Praqnanandxa (Hindistan) 0,5:0,5
Maqnus Karlsen (Norveç) - Rixard Rapport (Macarıstan) 1:0
Sergey Karyakin (Rusiya) - Yorden Van Forest (Niderland) 1:0
Vidit Santoş Qudjarati (Hindistan) - Yan-Kşiştof Duda (Polşa) 0,5:0,5
Fabiano Karuana (ABŞ) - Aniş Giri (Niderland) 0:1
Daniil Dubov (Rusiya) - Andrey Yesipenko (Rusiya) 0,5:0,5
Xal durumu: Karlsen, Qudjarati, Məmmədyarov - 4, Yesipenko, Rapport - 3,5, Karyakin, Duda, Giri - 3, Şenklend, Karuana, Dubov, Van Forest, Praqnanandxa - 2,5, Qrandelius - 1,5.