Niderlandın Veyk-an-Zee şəhərində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirakı ilə ənənəvi “Tata Steel Masters” superturniri davam edir.
Fanat.Az xəbər verir ki, bu gün yarışda VIII turun görüşləri baş tutub. 36 yaşlı qrossmeysterimiz tur çərçivəsində hindistanlı Rameşbabu Praqnanandxa ilə münasibətlərinə aydınlıq gətirib. Ağ fiqurlarla oynayan Məmmədyarov 46-cı gedişdə rəqibini təslim edib. Bu, "Şah"ın yarışda üçüncü qələbəsi olub.
Beləliklə, xalını 5,5-ə çatdıran şahmatçımız turnir cədvəlində yenidən hazırkı dünya çempionu Maqnus Karlsenlə şərikli liderə çevrilib.
Qeyd edək ki, 14 şahmatçının qatıldığı turnir dairəvi sistem üzrə keçirilir. Yarışa yanvarın 30-da yekun vurulacaq.
"Tata Steel Masters"
VIII tur
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Rameşbabu Praqnanandxa (Hindistan) 1:0
Sem Şenklend (ABŞ) - Maqnus Karlsen (Norveç) 0,5;0,5
Sergey Karyakin (Rusiya) - Rixard Rapport (Macarıstan) 0,5:0,5
Vidit Santoş Qujrati (Hindistan) - Nils Qrandelius (İsveç) 1:0
Fabiano Karuana (ABŞ) - Yorden Van Forest (Niderland) 0,5:0,5
Daniil Dubov (Rusiya) - Yan-Kşiştof Duda (Polşa) 0,5:0,5
Andrey Yesipenko (Rusiya) - Aniş Giri (Niderland) 0:1