Niderlandın Veyk-an-Zee şəhərində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirakı ilə ənənəvi “Tata Steel Masters” superturniri davam edir.
Fanat.Az xəbər verir ki, bu gün yarışda IX turun görüşləri baş tutub. 36 yaşlı qrossmeysterimiz tur çərçivəsində hazırkı dünya çempionu Maqnus Karlsenlə üz-üzə gəlib. Qara fiqurlarla oynayan Məmmədyarov 26-cı gedişdə rəqibinə uduzub.
Bu, şahmatçımızın yarışda ilk məğlubiyyəti olub.
Beləliklə, xalını 6,5-ə çatdıran Karlsen vahid lider olub. 5,5 xalı olan Məmmədyarov isə 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, 14 şahmatçının qatıldığı turnir dairəvi sistem üzrə keçirilir. Yarışa yanvarın 30-da yekun vurulacaq.
"Tata Steel Masters"
IX tur
Maqnus Karlsen (Norveç) - Şəhriyar Məmmədyarov (Azərbaycan) 1:0
Yan-Kşiştof Duda (Polşa) - Andrey Yesipenko (Rusiya) 0,5:0,5
Yorden Van Forest (Niderland) - Daniil Dubov (Rusiya) 0,5:0,5
Nils Qrandelius (İsveç) - Fabiano Karuana (ABŞ) 0:1
Rixard Rapport (Macarıstan) - Vidit Santoş Qujrati (Hindistan)
Rameşbabu Praqnanandxa (Hindistan) - Sergey Karyakin (Rusiya)
Aniş Giri (Niderland) - Sem Şenklend (ABŞ) 1:0