Niderlandın Veyk-an-Zee şəhərində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirakı ilə ənənəvi “Tata Steel Masters” superturniri davam edir.
Fanat.Az xəbər verir ki, bu gün yarışda X turun görüşləri baş tutacaq. Qrossmeysterimiz tur çərçivəsində ABŞ təmsilçisi Sem Şenklendlə üz-üzə gələcək. Məmmədyarov partiyada qara fiqurlarla oynayacaq.
Hazırda 5,5 xalı olan Şəhriyar turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Dünya çempionu Maqnus Karlsen 6,5 xalla birinci, Aniş Giri 6 xalla ikinci sıradadır.
Qeyd edək ki, 14 şahmatçının qatıldığı turnir dairəvi sistem üzrə keçirilir. Yarışa yanvarın 30-da yekun vurulacaq.
"Tata Steel Masters"
X tur
Sem Şenklend (ABŞ) - Şəhriyar Məmmədyarov (Azərbaycan)
Sergey Karyakin (Rusiya) - Maqnus Karlsen (Norveç)
Vidit Santoş Qujrati (Hindistan) - Rameşbabu Praqnanandxa (Hindistan)
Fabiano Karuana (ABŞ) -Rixard Rapport (Macarıstan)
Daniil Dubov (Rusiya) - Nils Qrandelius (İsveç)
Andrey Yesipenko (Rusiya) -Yorden Van Forest (Niderland)
Aniş Giri (Niderland) - Yan-Kşiştof Duda (Polşa)
Xal durumu: Karlsen - 6,5, Giri - 6, Məmmədyarov, Qujrati - 5,5 Karyakin, Karuana, Rapport - 5, Yesipenko, Van Forest - 4,5, Duda - 4, Dubov, Şenklend - 3,5, Praqnanandxa - 2,5, Qrandelius - 2.
Sahib