Cəbəllütariqdə müxtəlif ölkələrin nümayəndələrinin, o cümlədən Azərbaycanın qadınlardan ibarət şahmat millisinin lideri Günay Məmmədzadənin də mübarizə apardığı "Battle of the Sexes" adlanan turnir davam edir.
Fanat.Az xəbər verir ki, qadınlardan ibarət komanda altıncı matçda kişi kollektivə məğlub olub - 3,5:6,5. Məmmədzadə öz lövhəsində Avstraliyadan olan Bobbi Çenqə uduzub. Bu, Günayın komandasının ümumilikdə üçüncü məğlubiyyəti olub. Onların aktivində iki qələbə və bir heç-heçə var.
Qələbə sayəsində kişilər ilk dəfə xal hesabında da önə keçib - 30,5:28,5.
Qeyd edək ki, qarşılaşmalar on lövhədə oynanılır. Turnirə fevralın 3-də yekun vurulacaq.
Sahib