Beynəlxalq Şahmat Federasiyası (FIDE) komandalararası dünya çempionatını təxirə salıb.
Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 7-14 apreldə İsraildə keçirilməsi planlaşdırılan mundial noyabrda baş tutacaq.
FIDE addımını Rusiya və Ukrayna arasında davam edən müharibə səbəbindən iki ölkə komandalarının dünya çempionatında iştirak edə bilməmələri ilə əlaqələndirib.
Qurum digər komandaların mundialda iştiraklarını təsdiq etməmələrinin də qərarda həlledici rol oynadığını bildirib.
Qeyd edək ki, dünya çempionatına Azərbaycan yığmasının da qatılması nəzərdə tutulurdu.
Sahib