Sloveniyanın Brejitse şəhəri yaxınlığındakı Terme Çatej kurort mərkəzində şahmat üzrə Avropa çempionatı start götürüb.
Fanat.Az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən 15 zəka sahibindən 10-u ilk turu qələbə ilə başa vurub. İki şahmatçımız rəqibləri ilə xalı yarı bölübsə, digər üçü məğlubiyyətlə barışmalı olub.
Qeyd edək ki, qitə çempionatına ümumilikdə 317 şahmatçı qatılıb. İsveçrə sistemi üzrə 11 turdan ibarət turnir aprelin 6-dək davam edəcək. Ümumi mükafat fondu 100 min avrodur.
Avropa çempionatı
I tur
Qədir Hüseynov - Karolis Yoksta (Litva) 1:0
Nicat Abasov - Teodor Kenneskoq (İsveç) 1:0
Vasif Durarbəyli - Yoav Milikov (İsrail) 1:0
Ori Taçman (İsrail) - Eltac Səfərli 0:1
Yovana Erik (Serbiya) - Vüqar Əsədli 1:0
Məhəmməd Muradlı - Nareks Matiç (Sloveniya) 1:0
Boqdan Bilovil (Ukrayna) - Misrətdin İsgəndərov 0:1
Neys Xereqa (Sloveniya) - Aydın Süleymanlı 0:1
Əhməd Əhmədzadə - Tamaş Tanşa (Macarıstan) 1:0
Fatmir Qori (Kosovo) - Abdulla Qədimbəyli 0:1
Riad Səmədov - Xayme Santos (İspaniya) 0,5:0,5
Gövhər Beydullayeva - İvan İvanişeviç (Serbiya) 0:1
Toğrul Həsənzadə - Vladimir Baklan (Ukrayna) 0,5:0,5
Şahin Vəliyev - Murad İbrahimli 0:1