Sloveniyanın Brejitse şəhəri yaxınlığındakı Terme Çatej kurort mərkəzində təşkil olunan şahmat üzrə Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, yarışda bu gün IV turun görüşləri keçiriləcək.
Tur çərçivəsində Azərbaycan təmsilçilərindən Qədir Hüseynov Merab Qaqunaşvilini (Gürcüstan), Misrətdin İsgəndərov İvan Çeparinovu (ECU), Abdulla Qədimbəyli Aleksandar İndciçi (Serbiya), Eltac Səfərli Tamaş Petenyini (Slovakiya) sınağa çəkəcək. Son ölkə çempionu Məhəmməd Muradlı isə ermənistanlı Samvel Ter-Saakyanla münasibətlərinə aydınlıq gətirəcək.
Reytinq liderlərimizdən Nicat Abasov Ukraynanı təmsil edən Emil Mirzoevlə, Vasif Durarbəyli türkiyəli Mert Yılmazyerli ilə üz-üzə gələcək.
Turun bütün görüşləri Bakı vaxtı ilə saat 17:15-də başlayacaq.
Hazırda Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov, Qədir Hüseynov, Eltac Səfərli və Məhəmməd Muradlının hesabında 2,5 xal var. Aydın Süleymanlı, Vasif Durarbəyli, Nicat Abasov, Əhməd Əhmədzadə və Şahin Vəliyev 2 xal hasil edə bilib.
Qeyd edək ki, qitə çempionatına ümumilikdə 317 şahmatçı qatılıb. İsveçrə sistemi üzrə 11 turdan ibarət turnir aprelin 6-dək davam edəcək. Ümumi mükafat fondu 100 min avrodur.
Avropa çempionatı
IV tur
İvan Çeparinov (ECU) – Misrətdin İsgəndərov
Merab Qaqunaşvili (Gürcüstan) – Qədir Hüseynov
Samvel Ter-Saakyan (Ermənistan) – Мəhəmməd Muradlı
Abdulla Qədimbəyli – Aleksandar İndciç (Serbiya)
Eltac Səfərli – Tamaş Petenyi (Slovakiya)
Əhməd Əhmədzadə – Кirill Şevçenko (Ukrayna)
Emil Mirzoev (Ukraynа) – Nicat Abasov
Mert Yılmazyerli (Тürkiyə) – Vasif Durarbəyli
Aydın Süleymanlı – Оri Koçavi (İsrail)
Robert Hovannisyan (Ermənistan) – Şahin Vəliyev
Vitali Bernadski (Ukraynа) – Riad Səmədov
Vüqar Əsədli – İoanis Кaloqeris (Yunanıstan)
Evgenios İonnidis (Yunanıstan) – Gövhər Beydullayeva
Мurad İbrahimli – Roy Vaqman (İsrail)
Yorgen Henseler (Niderland) – Тоğrul Həsənzadə