Beynəlxalq Şahmat Federasiyası (FIDE) aprelin 12-də 37 yaşı tamam olan azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovu ad günü münasibətilə təbrik edib.
Fanat.Az xəbər verir ki, FIDE bununla bağlı "Facebook" hesabında təbrik mesajı paylaşıb:
"Dünən 37 yaşını qeyd edən dünya reytinqinin 10 nömrəsi Şəhriyar Məmmədyarova ən xoş arzularla".
Paylaşımda həmçinin, Məmmədyarovun Azərbaycanda 1-ci, dünya tarixində isə ən yüksək reytinqli (2 820) 6-cı şahmatçı olduğu vurğulanıb. Onun 3 dəfə İddiaçılar Turnirində iştirak etdiyi, 1 dəfə rapid üzrə dünya çempionluğunu qazandığı və müxtəlif superturnirlərdə qalib gəldiyi vurğulanıb.