Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun üçüncü mərhələsində bu gün növbəti görüşünü keçirəcək.
Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster "Oslo Esports Cup"ın beşinci turunda niderlandlı Aniş Giri ilə üz-üzə gələcək.
Məmmədyarov ilk turda vyetnamlı Le Kuanq Lyemə qalib gəlib, ardınca isə müvafiq olaraq hindistanlı Rameşbabu Praqnanandhaya, Kanada təmsilçisi Erik Hansenə və polşalı Yan-Kşiştof Dudaya uduzub.
Təcrübəli şahmatçı hazırda 4 xalla 7-ci pillədə qərarlaşıb. Sıralamaya 9 xalla Karlsen və Praqnanandha başçılıq edir.
Qeyd edək ki, 8 qrossmeysterin qatıdığı və dairəvi sistem üzrə 7 turdan ibarət turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.
"Oslo Esports Cup"
V tur
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Aniş Giri (Niderland)
Yorden Van Forest (Niderland) - Maqnus Karlsen (Norveç)
Le Kuanq Lyem (Vyetnam) - Yan-Kşiştof Duda (Polşa)
Rameşbabu Praqnanandha (Hindistan) - Erik Hansen (Kanada)