Bu gün Özbəkistanın paytaxtı Daşkənddə beş azərbaycanlı şahmatçının iştirakı ilə Georgi Aqzamovun xatirəsinə həsr olunmuş turnir start götürəcək.
Fanat.Az xəbər verir ki, memorialda ölkəmizi Misrətdin İsgəndərov, Vüqar Əsədli, Məhəmməd Muradlı, Vüqar Manafov və Şahin Vəliyev təmsil edəcək.
Ümumilikdə 66 şahmatçının mübarizə aparacağı turnir İsveçrə sistemi üzrə 10 turdan ibarət olacaq.