Bu gün şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turu seriyasının dördüncü mərhələsi start götürəcək.
Fanat.Az xəbər verir ki, 16 şahmatçının qatıldığı "Chessable Masters" adlanan turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edəcək.
İştirakçılar yarışın ilk dörd günündə dairəvi sistem üzrə mübarizə aparacaqlar. 15 turdan sonra ilk "səkkizlik" adını pley-off mərhələsinə yazdıracaq.
Məmmədyarov I turda kanadalı Erik Hansenlə üz-üzə gələcək. Ardından M.Karlsenlə oynayacaq 37 yaşlı qrossmeyster III və IV turlarda müvafiq olaraq Yorden van Foreest (Niderland) və
Abhimanyu Mişra (ABŞ) ilə münasibətləri aydınlaşdıracaq.
Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.
"Chessable Masters"
I tur
Erik Hansen (Kanada) - Şəhriyar Məmmədyarov
II tur
Maqnus Karlsen (Norveç) - Şəhriyar Məmmədyarov
III tur
Şəhriyar Məmmədyarov - Yorden van Foreest (Niderland)
IV tur
Abhimanyu Mişra (ABŞ) - Şəhriyar Məmmədyarov