Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turu seriyasının dördüncü mərhələsində növbəti görüşlərini keçirəcək.
Fanat.Az xəbər verir ki, "Chessable Masters" adlanan onlayn turnirdə daha üç turun matçları ilə ilk rmərhələyə yekun vurulacaq. 37 yaşlı qrossmeyster öncə ağ fiqurlarla İngiltərə təmsilçisi Qaveyn Consla üz-üzə gələcək.
Məmmədyarov XIV turda ispaniyalı David Anton Quijarro ilə qara, XV turda dünya reytinqinin ikincisi, çinli Dinq Lirenlə ağ fiqurlarla oynayacaq.
Təmsilçimiz hazırda 19 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 15 turdan sonra ilk "səkkizlik" adını pley-off mərhələsinə yazdıracaq.
Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.
"Chessable Masters"
XIII tur: Şəhriyar Məmmədyarov - Qaveyn Cons (İngiltərə)
XIV tur: David Anton Quijarro (İspaniya) - Şəhriyar Məmmədyarov
XV tur: Şəhriyar Məmmədyarov - Dinq Liren (Çin)