Azərbaycan şahmatçısı Eltac Səfərli İtaliyadakı "Grandiscacchi Challenge" turnirində çıxışını davam etdirir.
Fanat.Az xəbər verir ki, yarışda ötən gün altıncı turun görüşləri keçirilib. 30 yaşlı qrossmeysterimiz hesabat turunda qara fiqurlarla FIDE bayrağı altında yarışan Rusiya şahmatçısı Andrey Yesipenkoyla üz-üzə gəlib. Matç turnirin reytinq favoriti olan rəqinin qələbəsi ilə yekunlaşıb.
Məğlubiyyət Səfərlini turnir cədvəlində 2 pillə geri salıb. O, 3,5 xalla 6-cı pillədə qərarlaşıb.
Lider 5 xal toplayan Yesipenkodur.
İsveçrə sistemi üzrə 9 turdan ibarət turnirdə 11 ölkədən ümumilikdə 20 iştirakçı mübarizə aparır.