Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turu seriyasının dördüncü mərhələsi olan “Chessable Masters” yarışının qalibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, həlledici görüşdə çinli Dinq Liren və hindistanlı Rameşbabu Praqnanandha üz-üzə gəlib. Liren iki matçın yekununda 16 yaşlı rəqibini məğlub edərək turnirin qalibi olub.
Qeyd edək ki, turnirdə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov da mübarizə aparıb. O, 1/4 finalda Lirenə uduzaraq yarışda çıxışını dayandırıb. Turnirin ümumi mükafat fondu 210 min ABŞ dolları olub.