Birləşmiş Ərəb Əmirliklərində şahmat üzrə 5-ci beynəlxalq "Sharjah Masters" turniri davam edir.
Fanat.Az xəbər verir ki, yarışda bu gün səkkizinci turun görüşləri keçirilib. Azərbaycan təmsilçilərindən Nicat Abasov ağ fiqurlarla misirli Ahmed Adlini, Aydın Süleymanlı Olqa Badelkanı (FIDE) yenib.
Məhəmməd Muradlı ermənistanlı Qabriel Sarkisyanla heç-heçəyə razılaşıbsa, Misrətdin İsgəndərov və Günay Məmmədzadə qarşılaşmalarını məğlubiyyətlə başa vurub. Onlar müvafiq olaraq Qabriel Sarkisyan (Ermənistan) və Luka Moroniyə (İtaliya) uduzublar.
Qələbə sayəsində xalını 5-ə çatdıran Nicat turnir cədvəlində 21-ci sıraya qalxıb. Ondan yarım xal geri qalan Misrətdin 22-cidir. Məhəmməd və Aydının 4, Günayın 3 xalı var. Sıralamaya 6,5 xalla özbəkistanlı Nodirbek Abdusattorov başçılıq edir.
Qeyd edək ki, turnirdə 32 ölkədən ümumilikdə 80 şahmatçı iştirak edir. İsveçrə sistemi üzrə 9 turdan ibarət yarışa sabah - mayın 29-da yekun vurulacaq.