Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində növbəti görüşlərini keçiriblər.
Fanat.Az xəbər verir ki, Məmmədyarov VII turda ağ fiqurlarla Niderland təmsilçisi Aniş Giri ilə üz-üzə gəlib. Matç 67-ci gedişdə 37 yaşlı qrossmeysterimizin qələbəsi ilə yekunlaşıb.
Rəcəbov isə "qaralar"la hindistanlı Vişvanatan Anandla qarşılaşıb. Görüşün əsas partiyası heç-heçə bitdiyindən, reqlamentə əsasən tərəflər arasında "armageddon" oynanılıb. Burada Anand Teymurdan üstün olub.
Qələbə sayəsində xalını 11,5-ə çatdıran Şəhriyar turnir cədvəlində 3-cü pilləyə yüksəlib. Beş xala malik Teymur əvvəlki kimi doqquzuncu yerdədir. Sıralamaya 13,5 xalla nörveçli dünya çempionu Maqnus Karlsen başçılıq edir.
Reqlamentə əsasən, əsas partiyadakı qələbəyə görə şahmatçılara 3 xal verilir. "Armageddon"da üstün olan tərəf 1,5, məğlub şahmatçı 1 xal qazanır.
Qeyd edək ki, iyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 (451 min manat) Norveç kronudur.
"Norway Chess"
VII tur
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Aniş Giri (Niderland) 1:0
Vişvanatan Anand (Hindistan) - Teymur Rəcəbov (Azərbaycan) 0,5;0,5, "armageddon" - 1:0.
Aryan Tari (Norveç) - Maqnus Karlsen (Norveç) 0,5:0,5, 1:0
Maksim Vaşye-Laqrav (Fransa) - Uesli So (ABŞ) 1:0
Veselin Topalov (Bolqarıstan) - Van Hao (Çin)