Azərbaycan şahmatçısı Eltac Səfərli İtaliyanın Kattolika şəhərində keçirilən festivalda çıxışını davam etdirir.
Fanat.Az xəbər verir ki, 30 yaşlı qrossmeyster yarışın beşinci turunda qara fiqurlarla gürcüstanlı Levan Pantsulaya ilə üz-üzə gəlib. Səfərli turnir cədvəlinin lideri ilə matçı "sülh"lə başa vurub.
Beləliklə, xalını 4-ə çatdıran şahmatçımız liderdən yenə yarım xal geri qalmaqla 5-ci pillədə qərarlaşıb.
İsveçrə sistemi üzrə 9 turdan ibarət festivalda ümumilikdə 54 şahmatçı iştirak edir.
Qeyd edək ki, Səfərli mayda İtaliyanın Montebelluna şəhərində təşkil olunan yarışda üçüncü yeri tutub.