Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.
Fanat.Az xəbər verir ki, 35 yaşlı qrossmeyster yarışın ikinci turunda ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gələcək. Rəcəbov bu partiyada qara fiqurlarla mübarizə aparacaq.
Təmsilçimiz ilk turda ağ fiqurlarla Fransa şahmatçısı Alireza Firuzca ilə heç-heçə edib.
Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.
İddiaçılar Turniri
II tur
Hikaru Nakamura (ABŞ) - Teymur Rəcəbov (Azərbaycan)
Rixard Rapport (Macarıstan) - Alireza Firuzca (Fransa)
Yan-Kşiştof Duda (Polşa) - Dinq Liren (Çin)
Yan Nepomnyaşi (FIDE) - Fabiano Karuana (ABŞ)
Xal durumu: Nepomnyaşi, Karuana - 1, Rəcəbov, Duda, Firuzca, Rapport - 0,5, Nakamura, Liren - 0.