16:54 23.06.2022 266

"Teymur Rəcəbova qalib gəlmək çox çətindir" - Şəhriyar Məmmədyarov

Tanınmış şahmatçı Şəhriyar Məmmədyarov Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinin suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik.

- Ötən ay çoxlu sayda turnirdə iştirak etdiniz. Ümumilikdə nəticədən razı qaldınızmı?
- Turnirlərdə çıxışım istədiyim kimi alınmadı. Son yarış Norveçdəki yarış uğurlu oldu. Ona qədər “Grand Chess Tour” silsiləsindən olan turnirlərdə istədiyim kimi çıxış edə bilmədim. Buna səbəb ardıcıl çoxlu yarışda iştirak etməyim və ya hazırlığa lazımi vaxtı ayıra bilməməyimdir. 

- Sıx təqvimdə mübarizə aparmaq nə qədər çətindir?
- Stavangerdəki “Norway Chess” turniri göstərdi ki, hər şey yaxşıdır. Ardıcıl turnirlərə görə yorğunluq özünü göstərir. Amma xoş hisslərdir. Şahmat oynamaq mənə hər zaman xoş olur. Stavangerdəki yarış və ya digər nüfuzlu turnirlərdə iştirak etmək dünya şahmatının bir parçası olmaq deməkdir. Güclü rəqiblərlə qarşılaşmaq hər zaman maraqlı olur.

- Norveçdəki turnirdə son turda Azərbaycanın iki güclü şahmatçısı üz-üzə gəldi. Teymur Rəcəbova qarşı partiya barədə fikirləriniz maraqlıdır.
- Uzun illər millidə qələbə uğrunda birgə mübarizə aparırıq. Amma bəzi anlar olur ki, orada dostluq unudulur. Son turda məğlubiyyət kimi qələbə da ola bilərdi, heç-heçə ilə yekunlaşma ehtimalı var idi. Əksəriyyət Teymurla daha çox heç-heçələri xatırlayır. Unutmaq olmaz ki, bir-birimizi çox yaxşı tanıyırıq. 

Bu yarışda son tur mənim üçün çox önəmli idi. Güzəştsiz mübarizə izlədik. Fikrimcə gözəl oyun oldu. Düzünü desəm, qələbəyə çox yaxın idim, sadəcə, o biri oyunlara çox baxdığıma görə problem yaşadım. Maqnus Karlsen, Vişvanatan Anandın oyunlarına diqqət edirdim. Xüsusi olaraq Maqnusun partiyasına baxırdım. Bu hal öz oyunuma mane oldu. Tam olaraq öz oyunuma diqqət etsəydim, qalib gəlməyə böyük şansım var idi. Təəssüflər olsun, qalib gələ bilmədim. Stavanger turnirində birinci olmaq mənim arzum idi. Amma alınmadı. 

- Nə vaxtsa düşünərdiniz ki, nüfuzlu turnirdə məhz Teymurla partiyadakı nəticəyə görə yarışın qalibi ola bilməyəcəksiniz?
- Teymur dünyanın ən yaxşı şahmatçılarından biridir. Ona qalib gəlmək çox çətindir. Ümumiyyətlə Stavangerdə zəif rəqib yox idi. Norveçdə güclü şahmatçılar üzərində qələbə qazanmağı bacardım. Son tura qədər çempion olmaq şansını saxlayırdım. Təsəvvür edin, son turda Maqnus qalib gəlməzdən 15 dəqiqə əvvəl hamı mənim birinci olacağımı düşünürdü. Çünki qalib gəlmək şanslarım yüksək idi. Əlbəttə, son turda qalib gəlməməyim pis oldu. İndi düşünürəm ki, mənim üçün son turda başqa rəqib olsaydı, daha yaxşı olardı. 

- İddiaçılar Turnirində çıxış edən Teymur Rəcəbovun şanslarını necə dəyərləndirirsiniz?
- İddiaçılar Turniri çox çətin yarışdır. Bu turnirdə mübarizə aparmaq asan ola bilməz. Əksəriyyət gəncdir, üstəlik uzun müddət bu yarışa xüsusi hazırlıq keçiblər. Teymur İddiaçılar Turnirindən əvvəl Norveçdə oynadı. Təəssüf olsun ki, yarış Rəcəbovun yaxşı formada olmadığını göstərdi. Ona görə çox çətin mübarizə olacaq. Ümid edirəm çətin sınaqdan yaxşı çıxacaq.

- İyulda Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcəksiniz. Olimpiadanı millinin il ərzində ən vacib yarışı adlandırmaq olar?
- Əlbəttə, ən mühüm yarışlardan biridir. Ümumdünya Şahmat Olimpiadası şahmatçılarımızın ən zəif yeridir. Çünki bu yarışda heç vaxt medal qazanmaq qismət olmayıb. Hər dəfə biz olimpiadaya medal ümidi ilə yollanırıq. Hindistana uzun yol qət edəcəyik, ardınca ardıcıl yüksək oyun nümayiş etdirmək tələb olunur. Özümüzə inanırıq. Əlimizdən gələni edəcəyik. Federasiyamızın yeni rəhbərliyi hər bir şahmatçı ilə maraqlanır, hamıya kömək etməyə çalışır. Federasiya uğur qazanmaq üçün bütün şəraiti yaradıb. Ümidləri doğrultmaq üçün bütün turlarda sona qədər mübarizə aparacayıq.

- Tarixi Şuşa şəhərində şahmat üzrə beynəlxalq turnir keçiriləcək. Şuşa turnirində iştirak edəcəksiniz?
- Şuşa turniri barədə oxuyanda çox həyəcanlandım. Azərbaycanda Bakıdan kənarda böyük şahmat turnirlərində iştirak etmişəm. Amma Şuşanın adı gələndə qeyri-adi hisslər yaşadım. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə şəfa arzulayıram. Şuşada turnirin olacağını oxumaq qürurvericidir. Azərbaycan şahmatçıları Şuşa turnirində böyük həvəslə iştirak edəcək. Ümid edirəm Şuşa turniri bu il başlayacaq və hər il ənənəvi olaraq təşkil olunacaq.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

Facebookdan bizi izləməyi unutmayın.
X