15:10 26.06.2022 288

Məmmədyarov Rəcəbovun uğursuzluğunu şərh etdi: "Biz Teymurdan sadəcə..."

Azərbaycanın tanınmış şahmatçısı, üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov komanda yoldaşı Teymur Rəcəbovun hazırda davam edən İddiaçılar Turnirindəki çıxışını şərh edib.

Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster "Facebook" səhifəsində yazdığı statusda yarışın Rəcəbov üçün çətin keçəcəyinin gözlənilən olduğunu qeyd edib:

"İddiaçılar Turnirinin ilk mərhələsinin bitməsini nəzərə alaraq sizinlə fikirlərimlə bölüşmək istəyirəm. İlk öncə bildirim ki, hamımızın fikri Teymurun oyunundadır. Ümumiyyətlə, Teymurun bu turnirdə oynaması artıq Azərbaycan üçün böyük uğurdur və hamımız onun qalib gəlməsini istəyirik. Lakin son zamanlar az oynaması və oynadığı son "Norway Chess" turnirindəki çıxışı İddiaçılar Turnirinin onun üçün ağır keçəcəyını göstərirdi. İlk 7 oyun da əfsuslar olsun ki, onu göstərir. Biz Teymurdan sadəcə bir neçə gözəl qələbə gözləyirik, o, buna layiqdir".

Məmmədyarov yarış cədvəlinin liderləri Yan Nepomnyaşi və Fabiano Karuananın oyunları barədə də fikirlərini bölüşüb:

"Turnirə gəldikdə isə fikrimcə, ən yaxşı oyunu Fabiano göstərir. Ən əzmkar mübarizəni və fantastik oyunu Yan göstərir. Fikrimcə turnirin ən vacib oyunu 2-ci turda idi. Fabianonun çox yaxşı vəziyyətdə Yan ilə heç heçəyə razılaşması oldu, lakin oynamalı idi, vəziyyət buna imkan verirdi. Bu, turnirin ən vacib anlarından ola bilər. İnanıram ki, Dina və Alireza ikinci mərhələdə daha yaxşı oyun göstərəcəklər, amma artıq 1-ci olmaq üçün gec olacaq. Hamımıza yarışın qalan hissəsində gözəl və maraqlı oyunlar izləməyi arzu edirəm. Ümidvaram ki, növbəti İddiaçılar Turnirində özüm də oynayacağam".

Qeyd edək ki, İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində 7 tur geridə qalıb. Azərbaycan təmsilçisi Teymur Rəcəbov 2,5 xal toplayıb və Alireza Firuzca (Fransa) ilə 7-8-ci sıraları bölüşdürür. FIDE bayrağı altında mübarizə aparan rusiyalı Yan Nepomnyaşi 5,5 xalla birinci, ondan yarım xal az toplayan ABŞ qrossmeysteri Fabiano Karuana ikinci yerdədir. 

Dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

Facebookdan bizi izləməyi unutmayın.
X