Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.
Fanat.Az xəbər verir ki, 35 yaşlı qrossmeyster XI turda ağ fiqurlarla polşalı Yan-Kşiştof Duda ilə üz-üzə gələcək.
Rəcəbov 4,5 xalla hazırda turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Ondan yarım xal geri qalan Duda altıncıdır. Sıralamaya 7 xalla Yan Nepomnyaşi başçılıq edir.
Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.
İddiaçılar Turniri
XI tur
Teymur Rəcəbov (Azərbaycan) - Yan-Kşiştof Duda (Polşa)
Alireza Firuzca (Fransa) - Yan Nepomnyaşi (FIDE)
Hikaru Nakamura (ABŞ) - Rixard Rapport (Macarıstan)
Fabiano Karuana (ABŞ) - Dinq Liren (Çin)
Xal durumu: Nepomnyaşi - 7, Karuana, Nakamura, Liren - 5,5, Rəcəbov - 4,5, Duda, Rapport, Firuzca - 4.