Azərbaycanın qadınlardan ibarət şahmat yığmasının lideri Günay Məmmədzadə Polşanın Budqoş şəhərində keçirilən beynəlxalq festivalda növbəti görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, təmsilçimiz altıncı turda ağ fiqurlarla rumıniyalı İrina Bulmaqa ilə üz-üzə gəlib. Matç 30-cu gedişdə "sülh"lə yekunlaşıb.
Beləliklə, xalını 4,5-ə çatdıran Məmmədzadə liderliyini davam etdirir. Onu hərəyə 4 xalla Antoaneta Stefanova (Bolqarıstan) və Alina Kaşlinskaya (Polşa) izləyir.
Dairəvi sistem üzrə təşkil olunan yarışda həmçinin Mariya Muzıçuk (Ukrayna), (Bolqarıstan), Dinara Sadaukassova (Qazaxıstan), Karina Cyfka, Monika Soçko, Olivia Kiolbasa, Joanna Majdan (Polşa) mübarizə aparırlar.
Qeyd edək ki, yarış iyulun 3-də başa çatacaq