İspaniyanın paytaxtı Madriddə təşkil olunan dünya şahmat tacına İddiaçılar Turnirinin qalibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, FIDE bayrağı altında mübarizə aparan rusiyalı qrossmeyster Yan Nepomnyaşi XIII turda macar Rixard Rapportla heç-heçə edərək xalını 9-a çatdırıb və beləliklə, sabah baş tutacaq son turun nəticələrindən asılı olmayaraq rəqibləri üçün əlçatmaz olub.
Bu, 32 yaşlı şahmatçının analoji turnirdə ardıcıl ikinci qələbəsi olub. Ötən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan şahmat tacı uğrunda görüşdə norveçli Maqnus Karlsenlə üz-üzə gələn Nepomnyaşi 11 partiyadan sonra rəqibinə 3,5:7,5 hesabı ilə uduzmuşdu.
Qeyd edək ki, İddiaçılar Turnirində Azərbaycanı Teymur Rəcəbov təmsil edir. 35 yaşlı qrossmeyster 13 turdan 6,5 xal toplayıb. O, son görüşünü qara fiqurlarla R.Rapporta qarşı keçirəcək.