18:30 21.07.2022 328

"Hazırkı durumda milli komandaya xeyir verə bilmərəm" - Teymur Rəcəbov

Azərbaycanın tanınmış şahmatçısı Teymur Rəcəbov Çennay şəhərində keçiriləcək 44-cü Ümumdünya Şahmat Olimpiadasında iştirak etməməsinə aydınlıq gətirib.

Fanat.Az 35 yaşlı qrossmeysterin açıq məktubunu təqdim edir:

"Mən bütün şüurlu həyatımı şahmata, həm fərdi, həm də komanda yarışlarında ölkəm - doğma Azərbaycanım üçün oynamağa həsr etmişəm. Şahmat karyeram ərzində əldə etdiyim nailiyyətləri sadalamaq istərdim:

Gənclər arasında Avropa çempionatında 4 qızıl medal, onlardan birini 12 yaşımda 18 yaşa qədər kateqoriyada qazanmışam. Bu nəticə indiyə qədər təkrarlanmayan rekord olaraq qalır. Yeniyetmələr arasında dünya çempionatının qızıl medalı.

14 yaşında beynəlxalq qrossmeyster və kişilər arasında FİDE-nin dünya reytinq siyahısında ilk 100-lüyə daxil olan ən gənc şahmatçı kimi tarixə düşdüm. 15 yaşında Linaresdə keçirilən turnirdə o, vaxtlar dünya şahmat reytinqində birinci olan Harri Kasparovu məğlub etdim. Həmin il Ruslan Ponomaryov və Vişvanatan Ananda qalib gəlməklə tarixdə bir il ərzində üç dünya çempionunu məğlub edən ilk şahmatçı oldum.

“Dünya yığması”nın heyətində Rusiya komandasına qarşı tarixi matçda qələbə sevinci yaşadım. 2002-ci ildə Rusiya komandasının tərkibində Kasparov, Kramnik, Karpov və digər ən yaxşı şahmatçılar çıxış edirdi.

Kişilər arasında dünya çempionatının bürünc mükafatçısı, Liviya 2004.

2005-ci ildə kişilər arasında Avropa çempionatının gümüş mükafatçısı.

Avropa Çempionlar Kubokunun beşqat qalibiyəm. Həmçinin SOCAR Azərbaycan şahmat klubunun üzvü kimi Avropa Çempionlar Kubokunda birincilik əldə etmişəm.

Mən bir çox beynəlxalq superturnirlərin, Qran Pri seriyalı turnirlərin qalibi və 2015-ci ildə Berlində sürətli şahmat üzrə dünya çempionatının bürünc mükafatçısıyam.

2019-cu ildə gərgin mübarizədə finalda dünyanın reytinq üzrə ikinci şahmatçısı çinli Dinq Lireni məğlub edərək Dünya Kubokunda ölkəmizə qızıl gətirməyi bacardım.

Həmin ilin yekunlarına görə Azərbaycanın ən yaxşı idmançısı kimi tanındım.

2021-ci ildə Maqnus Karlsenin “Championship Tour” silsiləsindən “Airthings Masters” turnirinin finalında gərgin mübarizənin yekununda Levon Aronyanı məğlub edərək turnirin qalibi oldum. “Championship Tour” yarışının final turnirində dünya çempionu Maqnus Karlsendən sonra ikinci olmaqla mötəbər yarışda ikinci yeri tutdum.

2022-ci ildə Madriddə dünya şahmat tacına iddialı 8 ən yaxşı şahmatçının iştirak etdiyi Namizədlər Turnirində üçüncü yeri tutaraq ölkəmə bürünc medal qazandırdım.

İlk dəfə 2001-ci ildə, 14 yaşım olanda millidə oynamağa başladım və bu günə qədər bir çox fiziki, psixoloji və digər problemlərə baxmayaraq, ölkəm və xalqım üçün oynamışam. Azərbaycan millisinin tərkibində üçqat Avropa çempionu oldum. 30 ildən artıqdır ki, mən şahmatda ölkəm üçün oynayıram, onun maraqlarını beynəlxalq arenada, şahmatda və ondan kənarda müdafiə edirəm, xalqımızın mənafeyini qoruyuram və bütün gücümlə dövlətimizin bayrağını yüksəklərə qaldırmağa çalışıram.

İndi mən səhhətimə görə məcburi - fors-major vəziyyətdə Olimpiadada iştirak etməməyimlə bağlı vəziyyəti izah etmək istərdim. Uzun müddətdir ki, müalicə üçün dərman qəbul edirəm, şiddətli fiziki ağrılar yaşayıram. İstənilən peşəkar şahmatçının həyatında və karyerasında əsas turnir olan Namizədlər Turniri gözlənildiyi kimi, mənim üçün fiziki və psixoloji sağlamlığımı tamamilə pozan ən çətin sınaq oldu.

Həmçinin turnirdən qayıdandan sonra yüksək hərarət, ağır öskürək və post-covid sindromu ilə ağırlaşmalara səbəb olan kovid xəstəliyinə tutuldum. Səhhətimin hazırkı durumunda milli komandaya xeyir verə bilmərəm, bir müddət bərpa olunmağa məcburam. Nəzərinizə çatdırım ki, həkimlər bir neçə ay ərzində ambulator müalicəni tövsiyə etməklə hər hansı bir psixo-emosional stressi qadağan edib.

Peşəkar şahmata qayıtmaq və gələcəkdə ölkəmin milli komandasına xeyir vermək üçün hər şeyi edəcəyəm. Azərbaycan milli komandasındakı bütün yoldaşlarıma qarşıdan gələn Olimpiadada uğurlar arzulayıram, onlara azarkeşlik edərək bütün görüşləri izləyəcəyəm və komanda yoldaşlarımla birgə həyəcanlanacağam.

Ümid edirəm ki, yenidən Azərbaycan millisində yüksək səviyyədə yarışa biləcəyəm!"

Sahib

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

Facebookdan bizi izləməyi unutmayın.
X