Xorvatiyanın paytaxtı Zaqrebdə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirakı ilə "Grand Chess Tour" seriyasının üçüncü mərhələsi davam edir.
Fanat.Az xəbər verir ki, turnirin ikinci günündə rapid üzrə daha üç tur oynanılıb. 37 yaşlı qrossmeysterimiz öncə qara fiqurlarla bolqarıstanlı Veselin Topalovla qarşılaşıb və 47-ci gedişdə rəqibi ilə "sülh bağlayıb".
Növbəti matçda Şəhriyar hazırkı dünya çempionu norveçli Maqnus Karsenlə üz-üzə gəlib. Duel 48-ci gedişdə təmsilçimizin qələbəsi ilə yekunlaşıb.
Məmmədyarov günün son oyununda Alireza Firuzca (Fransa) ilə münasibətləri aydınlaşdırıb. Matç 68-ci gedişdə rəqibin qələbəsi ilə nəticələnib.
Altı turdan sonra şahmatçımız 6 xalla yarış cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Lider 9 xala malik Firuzcadır.
Yarış iyulun 24-dək davam edəcək. İlk üç gündə şahmatçılar rapid, daha sonra isə blits üzrə mübarizə aparacaqlar. Qalib iki mərhələnin yekuna əsasən müəyyənləşəcək.
"Grand Chess Tour"
IV tur
Veselin Topalov (Bolqarıstan) - Şəhriyar Məmmədyarov 0,5:0,5
V tur
Şəhriyar Məmmədyarov - Maqnus Karlsen (Norveç) 1:0
VI tur
Alireza Firuzca (Fransa) - Şəhriyar Məmmədyarov 1:0