14:12 24.07.2022 279

Doğum günündə Vüqar Həşimovun məzarı ziyarət olundu

İyulun 24-ü Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun doğum günüdür.

Fanat.Az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin nümayəndələri, Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi, həmçinin görkəmli şahmatçının yaxınları və komanda yoldaşları bu gün ikinci Fəxri Xiyabanda onun məzarını ziyarət edərək xatirəsinə dərin ehtiramlarını bildiriblər. 

AŞF-nin prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov Vüqar Həşimovun adını ölkə idmanına qızıl hərflərlə yazdırdığını söyləyib:

 “Vüqar Həşimov kişi şahmatçılardan ibarət milli komandanın ilk Avropa çempionluğunda böyük fədakarlıq nümayiş etdirib. Tarixi çempionluqda onun böyük rolu olub. Vüqarın adı bizə çox əzizdir. Yeniyetmələr, gənclər Vüqar Həşimovun karyerasını, onun oynadığı partiyaları öyrənməlidir. Çünki Vüqarın karyerası onlara çox böyük dəstək olacaq. Vüqarın bizimlə olmaması çox kədərlidir. Onun adı hər zaman Azərbaycan idmanında yaşayacaq. Çünki o, adını ölkə idmanı tarixinə qızıl hərflərlə yazıb”.

Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov Vüqar Həşimovun ölkə və dünya şahmatının inkişafında böyük işlər gördüyünü deyib. Nazirlik rəsmisi Vüqarın adının daim qəlblərdə yaşadığını qeyd edib.

İdman jurnalisti Sənan Şəfizadə Vüqar Həşimovun qazandığı qələbələrdən, onun insani keyfiyyətlərindən söz açıb. Jurnalist bildirib ki, hər il V.Həşimovun xatirəsinə həsr olunan beynəlxalq turnirlər keçirilir:

“Fikrimcə, Vüqar Həşimovun karyerası başa çatmayıb. Onun adına təşkil olunan yarışlar Azərbaycan şahmatının adını daim ucaldır”.

Vüqar Həşimovun atası Qasım Həşimov göstərilən diqqətə görə Gənclər və İdman Nazirliyinə və Azərbaycan Şahmat Federasiyasına təşəkkür edib. Qasım Həşimov oğlunun irsinin öyrənilməsində qarşıda böyük planların olduğunu bildirib: 

“Bu gün Vüqarın doğum günündə artıq 8-ci dəfə yeniyetmə və gənclər arasında beynəlxalq turnirə start veriləcək. Vüqarın xatirəsinə Memorial təşkil olunur, onun adı ilə şahmat klubu var. Amma onun partiyaları ümumiyyətlə karyerası dərindən öyrənilməlidi. Vüqarın kompüterində dəyərli təhlillər, partiyalar var. Onların hamısı öyrənilməli, xüsusi nəşr kimi çap olunmalıdır".

Qeyd edək ki, bu gün Vüqar Həşimov Şahmat Akademiyasında yeniyetmə və gənclər arasında sayca 8-ci beynəlxalq turnirə start verilib. Turnirdə ümumilikdə 144 şahmatçı iştirak edir.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 6 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

Facebookdan bizi izləməyi unutmayın.
X