Teymur Rəcəbovun dünya şahmat tacı uğrunda görüşdə oynamaq şansı var.
Fanat.Az xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) baş direktoru Emil Sutovski bildirib.
O, qeyd edib ki, rusiyalı Yan Nepomnyaşi ilə çinli Dinq Liren arasında baş tutması planlaşdırılan titul matçının iştirakçılarından biri görüşdə iştirak etmək istəməsə, onu İddiaçılar Turnirinin bürünc mükafatçısı əvəz edəcək.
Xatırladaq ki, hazırkı dünya çempionu norveçli Maqnus Karlsen titul matçından imtina edib. Bu səbəbdən tac uğrunda görüş Madriddə təşkil olunan sonuncu İddiaçılar Turnirinin qalibi və ikincisi arasında baş tutacaq. Nepomnyaşi sözügedən yarışda 14 turdan 9,5 xal toplamaqla birinci, Liren 8 xalla ikinci, ondan cəmi yarım xal geri qalan Rəcəbov isə üçüncü olub.