Qadınlardan ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, yığma V turda Ukrayna seçməsi ilə üz-üzə gəlib.
İlk dörd görüşdə qələbələri sıralayan zərif zəka sahibləri bu dəfə heç-heçəylə kifayətlənib.
Yığmanın lideri Günay Məmmədzadə rəqibinə uduzub. Əvəzində Ülviyyə Fətəliyeva görüşünü qalibiyyətlə başa vurub. Gövhər Beydullayeva və Gülnar Məmmədova isə heç-heçəylə kifayətləniblər. Beləliklə, millimiz qarşılaşmadan 2:2 hesablı sülhlə ayrılıb.
Ümumdünya Şahmat Olimpiadası
Qadınlar
V tur
Ukrayna – Azərbaycan 2:2
Mariya Muzıçuk – Günay Məmmədzadə 1:0
Anna Muzıçuk – Gövhər Beydullayeva 0,5:0,5
Anna Uşenina – Gülnar Məmmədova 0,5:05
Nataliya Buksa – Ülviyyə Fətəliyeva 0:1
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.