Azərbaycanın kişi və qadınlardan ibarət milli komandaları Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti görüşlərini keçirəcəklər.
Fanat.Az xəbər verir ki, kişilərdən ibarət yığma IX turda Hindistanın ikinci komandası ilə qarşılaşacaq.
Qadın millimiz isə Monqolustanla münasibətləri aydınlaşdıracaq.
Ümumdünya Şahmat Olimpiadası
Kişilər
IX tur
Hindistan (2) - Azərbaycan
Qadınlar
IX tur
Azərbaycan - Monqolustan
Qeyd edək ki, səkkiz turdan sonra kişilərdən ibarət yığmamız 13 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Qadın seçməmiz isə 12 xalla 8-ci sırada yer alıb. Ümumdünya Şahmat Olimpiadasında həm kişilər, həm də qadınlar arasında mübarizə İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq.