Birləşmiş Ərəb Əmirliklərində şahmat üzrə “Dubay Open” turniri start götürüb.
Fanat.Az xəbər verir ki, açılış turunda Azərbaycan təmsilçilərindən ikisi qələbə qazanıb. Son ölkə çempionu Məhəmməd Muradlı özbəkistanlı Məhəmmədkərim Zahidovu, Aydın Süleymanlı fransalı Luis Tibolu yenib.
Digər şahmatçımız Nihad Mustafayev isə israilli Yoav Milikova uduzub.
Turnirdə ümumilikdə 150 iti zəka sahibi iştirak edir. Yarışın reytinq favoriti FIDE bayrağı altında mübarizə aparan rusiyalı Aleksandr Predkedir.
Qeyd edək ki, İsveçrə sistemi üzrə 9 turdan ibarət "Dubay Open" sentyabrın 4-dək davam edəcək.