Birləşmiş Ərəb Əmirliklərində şahmat üzrə “Dubay Open” turniri davam edir.
Fanat.Az xəbər verir ki, yarışda ötən gün IV turun görüşləri keçirilib. İlk üç turdan sonra maksimum nəticə göstərən Azərbaycan təmsilçisi Məhəmməd Muradlı bu dəfə erməni əsilli ABŞ şahmatçısı Vladimir Akopyanla qarşılaşıb. Ağ fiqurlarla oynayan son ölkə çempionu rəqibi ilə heç-heçəyə razılaşıb.
Aydın Süleymanlı "ağlar"la Jain Kaşiş Manoju (Hindistan) yenib. Nihat Mustafayev isə Hindistanın digər təmsilçisinə yenilib.
Beləliklə, xalını 3,5-ə çatdıran Məhəmməd Muradlı turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Aydın Süleymanlı 3, Nihat Mustafayev 1,5 xal hasil edə bilib.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən yarış doqquz turdan ibarət olacaq.