13:31 02.10.2022 276

Naxçıvanda Şahmat Olimpiadasının açılış mərasimi keçirildi

Naxçıvanda 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının açılışı olub.

Fanat.Az xəbər verir ki, açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, Beynəlxalq Şahmat Federasiyasının prezidenti (FIDE) Arkadi Dvorkoviç, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak edib.

İlk olaraq çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri Vasif Talıbov Azərbaycanda şahmat ənənələrinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və hazırda Azərbaycan Prezidenti İlham Əliyevin şahmatın inkişafına böyük diqqət göstərdiyini bildirib.

FIDE prezidenti Arkadi Dvorkoviç çıxışında Naxçıvanla bağlı xoş fikirlər səsləndirib, şahmatın inkişafı üçün yaradılan yüksək şəraitdən məmnunluğunu ifadə edib:

“Burada kifayət qədər istedadlı şahmatçılar yetişir. Pandemiya ilə bağlı yaranmış problemlərdən sonra, nəhayət ki, bu gün Olimpiada üçün bir aradayıq. Gənc şahmatçılar burada özlərinə yeni dostlar qazanacaq, inkişaf edəcəklər. Bu turnirin təşkilatçılığına görə, Naxçıvan Muxtar Respublikasının rəhbərliyinə minnətdarlığımı bildirirəm”.

Daha sonra söz alan AŞF rəhbəri Mahir Məmmədov Azərbaycanın bütün dünyada həm idman, həm də şahmat ölkəsi kimi tanındığını söyləyib:

“Bir neçə gün əvvəl ölkəmizin mədəniyyət paytaxtı olan əziz Şuşamızda ilk beynəlxalq şahmat turnirini izləmək imkanımız oldu. 2016-cı ildə Bakıda keçirilən Ümumdünya Şahmat Olimpiadası bu yarış tarixinin ən uğurlu turnirlərindən biri oldu. Naxçıvanda 19 il əvvəl 20 yaşadək gənclər arasında dünya çempionatı yüksək səviyyədə keçirilib. Naxçıvan mütəmadi olaraq beynəlxalq turnirlərə ev sahibliyi edib. Naxçıvanda dünyada az-az rast gəlinən idman sarayı var. Naxçıvanın orta məktəblərinin hamısında şahmat tədrisinin olmasını xüsusi qeyd eləməliyəm. Son illər bu kütləviliyin sayəsində naxçıvanlı gənclər inkişaf etməyə, tanınmağa başlayıblar. Əminəm ki, bu hələ başlanğıcdır. Azərbaycan şahmatçıları daim dünya sıralamasında güclülər sırasında yer alıb. Təşkilar Komitəsinin, qonaqların özlərini evlərindəki kimi hiss etmələri üçün əlimizdən gələni edəcəyik. Bütün iştirakçılara da uğurlar arzulayıram”.

Bunun ardından Olimpiadanın baş hakimi yarışın qaydaları barədə məlumat verib, həmçinin püşk atılıb.

Mərasim bədii hissə ilə davam edib.

Qeyd edək ki, 23 ölkənin qatıldığı Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan 6 komanda ilə - “Azərbaycan-1”, “Azərbaycan-2”, “Azərbaycan-3”, “Azərbaycan-4”, “Azərbaycan-Naxçıvan” və “Sumqayıt “la təmsil olunacaq. Bu gün startı veriləcək Olimpiada oktyabrın 10-dək davam edəcək.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

Facebookdan bizi izləməyi unutmayın.
X