Azərbaycan komandası Naxçıvanda təşkil olunan Yeniyetmələrin Şahmat Olimpiadasında bürünc medal qazanıb.
Fanat.Az xəbər verir ki, ölkənin birinci komandası yarışın sonuncu - 9-cu turunda Türkiyə-Anadolu kollektivini 2,5:1,5 hesabıyla yenərək xalını 13-ə çatdırıb və beləliklə, Olimpiadanın bürünc mükafatına sahib çıxıb.
Qalib 18 xal hasil edən Türkiyənin birinci komandası olub. Özbəkistanın birinci yığması isə ikinci yeri tutub.
IX tur
Azərbaycan-1 – Türkiyə-Anadolu - 2,5:1,5
Özbəkistan-2 - Azərbaycan-2 - 2:2
Azərbaycan-4 - Şri-Lanka - 3:1
İngiltərə - Azərbaycan-3 - 2:2
CAR-3 - Azərbaycan-Naxçıvan 0:4
Azərbaycan-Sumqayıt - Gürcüstan-2 - 4:0