Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilən "Prezident Kuboku - 2025" beynəlxalq reqatası davam edir.
Fanat.Az xəbər verir ki, yarışların ikinci günündə Azərbaycan komandası növbəti medallarını qazanıb.
Belə ki, 2011-2012-ci ilər təvəllüdlü idmançıların 500 metrlik məsafəyə ikinəfərlik kayak qayığında (K-2) Mustafa Vəlizadə - Elmir Tarverdiyev cütlüyü gümüş, Sənan Cəfərzadə - Tahir Mövsümov cütlüyü isə bürünc medala sahib çıxıb.
Qeyd edək ki, komandamızın aktivində hazırda 2 gümüş, 5 bürünc medal var.