Azərbaycanın daha bir təmsilçisi Fransanın paytaxtı Parisdə keçirilən Dünya Paraüzgüçülük Seriyasının gənclər kateqoriyasında finala vəsiqə qazanıb.
Fanat.Az xəbər verir ki, məlumatı Milli Paralimpiya Komitəsinin mətbuat xidməti yayıb.
Könül Süleymanova (S4 kateqoriyası) 50 metr məsafəyə birbaşa arxasıüstə üzmək üzrə finalda çıxış edəcək.
Qeyd edək ki, daha əvvəl Əli Vəliyev həlledici raundda iştirak hüququ əldə edib.