Bakıda yelkən idmanı üzrə “Zəfər Kuboku” start götürüb.
Fanat.Az Azərbaycan Yelkən Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Avropa və dünya çempionatına hazırlıq məqsədi ilə təşkil olunan yarış 3 gün davam edəcək.
“Zəfər Kuboku” “Optimist A” və “ILCA4” sinifləri üzrə keçirilir. Eyni zamanda, “Optimist B” sinfində çıxış edən idmançılar ilk yarış təcrübələrini qazanırlar.